Maraqlı

"Ölülər nağıl danışmır"

25 Avqust 2013 16:43
0 Şərh     Baxış: 3 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Karib dənizinin piratları" filminin 5-ci hissəsinin adı məlum olub.

 "Karib dənizinin quldurları" filminin 5-ci hissəsi 2015-ci il iyulun 10-da ekranlara çıxacaq.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Disney kompaniyası saqanın 6-cı hissəsini də çəkməyi planlaşdırır.

Beşinci hissənin isə ilkin adı məlumdur: Pirates of the Caribbean: Dead Men Tell No Tales, yəni "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır".

Bu barədə This is Infamous informasiya portalı məlumat yayıb.

Bununla yanaşı, film hələ işlənilməkdədir. Onun ssenaristi Ceff Natanson təyin olunub. Natanson "Terminal", "Bacarsan, tut məni", "İndiana Cons və Büllur Kəllələr Krallığı" filmlərinin yaradılmasında zəhmət çəkib.

Kapitan Sərçə Cek rolunu yenə də əvəzolunmaz Conni Depp oynayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.