Mədəniyyət

"Eurovision-2014" Danimarkanın hansı şəhərində keçiriləcək?

28 İyun 2013 12:25
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytından AzərTAc-a bildiriblər ki, onlardan Olborq şəhərdəki otellərin həcminə görə bu siyahını artıq tərk edib.

Frederisiya isə Danimarka Radioyayımının şounun sütunsuz məkanda keçirilməsi tələbinə cavab verə bilməyəcəyindən iddiasından əl çəkib.

Hazırda üç şəhər - Kopenhagen, Herninq və Horsens şəhərləri mahnı müsabiqəsinə ev sahibliyi etməkdə maraqlıdır. Kopenhagendə iki dəfə - 1964 və 2001-ci illərdə yarışma keçirilib, sonuncusu tamaşaçıların çoxluğu ilə tarixə düşüb.

"Eurovision-2014" mahnı müsabiqəsinin mayın 13-də, 15-də və 17-də keçirilməsi nəzərdə tutulub.

Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.