Hadisə, Kriminal

Kiyev Ramzan Kadırovu axtarışa verəcək

6 Dekabr 2014 23:03
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hakimiyyəti Çeçenistanın rəhbəri Ramzan Kadırovu beynəlxalq axtarışa vermək niyyətindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Zoryan Şkiryak bildirib.

"Biz Ukraynanın müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin ərazisində rusiyalılardan ibarət terrorçu dəstələrin təşkilatçısı və ruhlandırıcısı olan Ramzan Kadırovu beynəlxalq axtarışa verəcəyik", deyə Şkiryak bildirib.

Bundan əvvəl KİV-lər Ukraynada Ramzan Kadırov barəsində cinayət işinin başlandığını bildirmişdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.