Hadisə, Kriminal

Bakıda gənc oğlan yaşlı kişiyə hörmətsizlik edənləri bıçaqdan keçirdi: 2 yaralı

4 Avqust 2011 12:59
Baxış: 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda yaşlı kişiyə hörmətsizlik edən şəxslərin qanı töküldü. Milli.Az xəbər portalının məlumatına görə, qanlı hadisə Yasamal rayonunun ərazisində yerləşən çayxanalardan birində baş verib.

Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, 26 yaşlı Anar Əmirquliyev mübahisə zamanı 31 yaşlı həmyaşıdlar Şahin İsmayılov Elnur Quliyevi bıçaqlayıb. Bıçaqlanmaya səbəb Ş.İsmayılov və E.Quliyevin yaşlı kişi ilə kobud davranışı səbəb olub. Belə ki, dostlar A.Abbasquliyev küçəsi 2 ünvanında yerləşən çayxana qarşısında avtomobili saxlayıb düşərkən içəridəki masada əyləşən yaşlı kişi onlara bunu irad tutub. Kişi onlara maşını çayxananın qarşısından götürməyi bildirsə də, onlar məhəl qoymayıblar. Bunun üstündə yaşlı kişi ilə mübahisə ediblər və onunla kobud danışıblar.

Bu zaman həmin kişi ilə bir masada əyləşən A.Əmirquliyev söhbətə müdaxilə edərək onları yaşlı adama qarşı hörmətsilk etməkdə ittiham edib. Bunun üstündə mübahisə daha da qızışıb. A.Əmirquliyev bıçaq çıxararaq hər ikisinin döş nahiyəsinə bıçaqla xəsarət yetirib. Sonra isə hadisə yerindən qaçıb. Onu tutmaq hələ də mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.