Hadisə, Kriminal

İsmayıllıda maşın ağaca çırpıldı: 3 ölü, 1 yaralı

18 İyul 2011 15:22
Baxış: 166
Ötən axşam İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, rayonun Topçu kəndi ərazisində Buynuz kənd sakini Sadiq Babayev idarə etdiyi "Mercedes C-230" markalı avtomaşını ağaca vurub. Nəticədə Sadiq Babayev və sərnişinləri -  Buynuz kənd sakinləri Adil Salehov və Xalid Ağayev hadisə yerində ölüblər. Digər sərnişin, Bakı şəhər sakini Yaqub Bəşirov isə xəstəxanaya yerləşdirilib.  

Milli.Az

Məqalədə: