Hadisə, Kriminal

"Kəndə çıxa bilmirəm, utanıram" - Oğurluq edib kef məclisi quran şəxs - VİDEO - FOTO

24 İyun 2017 12:14
8 Şərh     Baxış: 3 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl sakini həmkəndlisinin evini qarət edib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, oğurladığı əşyaları Gəncə şəhərində dəyər-dəyməzinə satan şəxs əldə etdiyi pulu kef məclislərinə xərcləyib, ancaq bu kefin müddəti o qədər də uzun sürməyib. Göygöl polisi "qəhrəma"nın əhvalına əməllicə soğan doğrayıb.

Göygölün Üçtəpə kənd sakini Fəridə Ələsgərova bu ilin fevral ayında Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qarət edildiyini bildirib. Evdə oğurluq zamanı heç kim olmayıb. Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox keçməyib ki, axtarışlar öz bəhrəsini verib və şübhəli qismində zərərçəkənin həmkəndlisi, 47 yaşlı İttifaq İsmayılov saxlanılıb.

İttifaq İsmayılov istintaqa verdiyi ifadə zamanı evdən 1650 manatlıq əşyaları sərxoş halda oğurladığını bildirib. Saxlanılan şəxs gec də olsa, ev sahibindən üzr istəməyi özünə borc bilib.

İttifaq İsmayılov (saxlanılan şəxs): "Çox-çox peşmanam. Onların yanında utanıram. Ev sahibindən də dəfələrlə üzr istəyirəm. Kəndə də çıxa bilmirəm, xəcalət çəkirəm".

Günahı tam sübuta yetirilərsə, bu, İttifaq İsmayılovun ikinci məhkumluğu olacaq. Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsind

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.