Hadisə, Kriminal

Narkomandan məsləhət: "Mənə baxıb, ibrət götürsünlər" - VİDEO - FOTO

23 İyun 2017 16:48
1 Şərh     Baxış: 11 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda narkotik maddə satan şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Atakişili kənd sakini Pünhan İbrahimova məxsus "VAZ-21074" markalı minik maşınına baxış keçirilərkən orada bir kibrit qutusu narkotik maddə hesab olunan marixuana aşkar olunub.

Ramil Mövlayev - Saxlanılan şəxs: "Mən istəyirəm ki, heç kimə qismət olmasın belə iş. Mənə baxsınlar, ibrət götürsünlər. Yaxşı şey deyil bu iş".

Həyata keçirilən tədbirlərlə İbrahimova narkotik maddəni satan, eyni əmələ görə, bir dəfə də məhkumluq həyatı yaşayan şəxs də saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Narkomandan

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.