Hadisə, Kriminal

"Hərə bir tərəfə baxırdı" - 7 evdən oğurluq edən dəstə saxlanıldı - VİDEO - FOTO

21 İyun 2017 14:23
0 Şərh     Baxış: 1 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kameranı qırıb içəri girirdik"

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsində 7 fərdi yaşayış evində törədilən oğurluq cinayətinin üstü açılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Astara rayon sakini əvvəllər məhkum olunmuş Amir Nəsirov, Cəlilabad rayon sakini Rəsayil Bəşirov, paytaxt sakinləri Qafur Quliyev və Elmar Nəzərov saxlanılıblar.

Dəstə üzvləri oğurluq etdikləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər.

Amir Nəsirov - Saxlanılan şəxs: "Hərə bir tərəfə baxırdı. Kameranı qırıb, girirdik içəri. 4-5 dənəsində mən olmamışam içəridə, amma 2-3-ündə olmuşam. Evlərdən 500 manat çıxan olub, 700 çıxan olub, 1500 manat çıxan olub".

Rəsayil Bəşirov - Saxlanılan şəxs: "Amir, mən, Elmar bir də Qafur olurdu. "Şotçik"i söndürürdük, sonra yenidən yandırıb evə girirdik. "Reşotka"sı olan evin "reşotka"sını qırırdıq, pəncərədən girirdik içəri, pul ilə, qızıl zinət əşyası götürürdük. Bakıda 7 dənə girdiyimiz ev olub".

Sonuncu dəfə isə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərdən birindən içərisində 1200 avro və 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40000 (qırx min ) manat olan qızıl-zinət əşyaları oğurlayıblar. Onlar oğurluq yolla əldə etdikləri zinət əşyalarını paytaxtda yerləşən müxtəlif qızıl qəbulu məntəqələrinə satandan sonra əldə etdikləri pulu aralarında bölüblər.

Rəsayil Bəşirov - Saxlanılan şəxs: "Seyfi tapmışam, qızılı da tapmışıq. Amir Qafura zəng elədi ki, seyf tapmışıq. Qafur dedi ki, gətirin seximin yanına sökək. Aparmışıq işlədiyi yerin yanına, orada lomla onu söküb pul çıxarmışıq içindən".

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda evdən 40 min manatlıq qızıl oğurlayan şəxslər tutuldular

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.