Hadisə, Kriminal

Bakı metrosundakı dəhşətli intiharın DETALLARI: Evdən necə çıxdı, özünü niyə öldürdü?

19 İyun 2017 20:32
6 Şərh     Baxış: 4 128

Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altına ataraq intihar edən 83 yaşlı Səyyad Xəlilovla bağlı bəzi məqamlar aydınlaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ilkin araşdırmalardan sonra ahıl kişinin Yasamal rayonu ərazisində - metrostansiyanın yaxınlığında yaşadığı məlum olub.

Bildirilir ki, 7 il əvvəl S.Xəlilovun həyat yoldaşı vəfat edəndən sonra o, özünə qapanıb. Oğlunun himayəsi altında olsa da, o, tək yaşayırmış. Övladı S.Xəlilov üçün xüsusi baxıcı da tutubmuş və həmin qadın həm ahıl kişinin məişət qayğılarını həll edirmiş, həm də onun evdən uzaqlaşmamasına nəzarət edirmiş. Belə ki, son vaxtlar səhhətində problem yaranan S.Xəlilovun evdən kənara çıxmaması ilə bağlı oğlu baxıcıya təlimat veribmiş. Lakin dünən, yəni bazar günü baxıcı qadın işlərini tez yekunlaşdıraraq evinə qayıdıb. Nəzarətsiz qalan 83 yaşlı kişi bundan sonra intihar məqsədi ilə metroya gedib və saat 12:33-də özünü qatarın altına atıb.
 
Qeyd edək ki, hadisə yerinə gələn həkim briqadası ilkin müayinə nəticəsində S.Xəlilovun bədənində sınığın olmadığını bildirsə də, sonradan məlum olub ki, qatar onun ayağının üstündən keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    / · 19 İyun 21:0130

    Goresen bu kiwi parka niye getmeyib?nese mene inandirici gelmedi.Deyir de.....

    Cavab yaz
  • Anonim
    Sev · 19 İyun 21:2911

    Yashli adami tek buraxanda bele olur.Niye oglu oz yaninda saxlayib baxmayib. Bu da ovlad.

    Cavab yaz
  • Anonim
    R · 19 İyun 21:5951

    Arvadinin anasi atasi olsaydi baxardi oglanin atasi anasi evlenen gunu qebre qoyulur

    Cavab yaz
  • Anonim
    Nazile · 19 İyun 22:1310

    Bir az inandirici gelmir

    Cavab yaz
  • Anonim
    @@ · 19 İyun 22:3411

    hə də tam doğru .yaxşı ovlad olsaydı atasını yanında saxlayardı

    Cavab yaz
  • Anonim
    bahar · 20 İyun 08:5621

    bu da bizim hekimler, qatar kiwinin ayagi ustunden kecib amma bunlar deyir bedeninde hec bir zede yoxdur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.