Hadisə, Kriminal

Hacıqabulda iki yük maşını toqquşdu - Xəsarət alan var

18 İyun 2017 09:52
0 Şərh     Baxış: 682

Hacıqabulda yük maşınları toqquşub, sürücülərdən biri xəsarət alıb. 
 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

"Shacman" markalı yük avtomobili arxadan mişar daşı ilə yüklü olan "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "KamAZ" markalı avtomobil yoldan çıxaraq aşıb. Aşan avtomobilin sürücüsü Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Əsədov Yaqub Ərzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.