Hadisə, Kriminal

"İşlədiyim sahədən götürmüşdüm" - Narkotik satıcısı - FOTO

10 İyun 2017 15:36
0 Şərh     Baxış: 1 355

Tovuzdan gətirdiyi narkotiki Gəncədə satmaq istəyən şəxs iş başında yaxalandı.

Milli.Az ARB Kəpəz-ə istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Asayiş keşikçiləri Kəpəz rayonu ərazisində şəhər sakini Arzu Qasımovu 9 kiloqrama yaxın qurudulmuş marixuananı 4 min manata şərti alıcıya satarkən saxlayıb.

Polis tərəfindən dindirilən Arzu Qasımov narkotik vasitəni Tovuz rayonundan satış məqsədi ilə gətirdiyini etiraf edib və əməlindən peşman olduğunu büruzə verib.

Arzu Qasımov - Saxlanılan şəxs: "Tovuz rayonunda işlədiyim sahədən götürmüşdüm. Gəncə şəhərində satdığım yerdə tutuldum. Əməlimdən çox peşmanam".

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Arzu Qasımov barəsində artıq həbs qətimkan tədbiri seçilib. Günahı sübuta yetirilərsə, o yenidən dəmir barmaqlıqlar arxasına göndəriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.