Hadisə, Kriminal

Borc üstündə iş yoldaşını güllələdi - VİDEO - FOTO

26 May 2017 17:16
0 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə paytaxtda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Ramid Rəhimov - Saxlanılan şəxs: "Səhər zəng elədi mənə, təhqir elədi məni. Dedim gəl haqq-hesabımızı edək, görək kimin kimə nə borcu var. Gəldi, söhbətimizi elədik, təhqir elədi məni, 1-2 dənə sillə atdı mənə. Mən də girdim evə, hamamda gizlətmişdim. Atam rəhmətlikdən qalmışdı. Pəncərədən bir güllə atdım buna. Dəyməyinə əmin olmadığım üçün pəncərədən düşdüm, gördüm ki, əlini tutub boğazına, əli qanlı qaça-qaça gedir. Neçə illərdir bir yerdə işləyirik, onun mənə 3 min borcu var idi".

Hadisə barədə məlumat daxil olan kimi Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bilgəh qəsəbə sakini Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.