Hadisə, Kriminal

İki ayağından əlil olan piyada "KAMaz"ın altında can verdi - VİDEO - FOTO

10 May 2017 17:15
1 Şərh     Baxış: 2 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, qəza rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 63 yaşlı Sergey Pənahov idarə etdiyi "KAMaz" markalı avtomobillə yolu keçən şəhər sakini, iki ayağından əlil olan 47 yaşlı Şahin Əliyarovu vurub. Ağır bədən xəsarətləri alan piyada ətrafdakı insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, piyada orada ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İki ayağından əlil olan piyada

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.