Hadisə, Kriminal

Bakıda oğurluq cəhdi anbaan kameraya düşdü - VİDEO - FOTO

26 Aprel 2017 17:39
2 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları qorunan obyektdən oğurluq etmək istəyən şəxsi yaxalayıblar.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, idarəyə mühafizə olunan supermarketə kənar şəxsin girməsi ilə əlaqədar həyəcan siqnalı daxil olub.

Cavan adam dükana yaxınlaşır, avtomatik bağlanan qapının mexanizmini sıradan çıxararaq içəri girir. Kassalara yaxınlaşanda dükanın digər hissəsindən ona tərəf gələn adamı görür. Dərhal əlini cibinə salaraq guya siqaret almaq istədiyini bildirir. Marketin əməkdaşı işləmədiklərini bildirərək cavan oğlandan çölə çıxmasını xahiş edir. Dükandan çıxan gənc onu yolun kənarından gözləyən dostunun yanına gedir. Dostu ona taksiyə əyləşib evinə getməyi təklif edəndə aralarında dava düşür. Polis əməkdaşları gənci saxlayıblar.

Müqavimət göstərməsinə rəğmən, aidiyyəti üzrə 7- ci polis bölməsinə təhvil verilib. Bölmədə həmin şəxsin Ucar rayon sakini 24 yaşlı Ülfət Abdullayev olduğu müəyyənləşdirilib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncin oğurluq cəhdi anbaan kameraya düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.