Hadisə, Kriminal

"Olub da, gəlmişik" - Evlərə basqın edən dəstə saxlanıldı - VİDEO - FOTO

26 Aprel 2017 16:47
0 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda cinayətkar dəstənin üzvləri saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqla məşğul olan üç nəfərlik dəstə zərərsizləşdirilib.

Aprelin 18-dən 19-na keçən gecə rayonun Qızılağac kəndində maskalı şəxslər Tinati Səlimova, Xoşqədəm Mirzəyeva, Hökumə Səfərovanın yaşadığı mənzillərə daxil olaraq ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə 3 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakı şəhərində saxlanılıb. Onlar - Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.

Vüsal Əliyev - Saxlanılan şəxs: "Allah şeytana lənət eləsin, olub da, gəlmişik. Törətdiyim əmələ görə də peşmanam".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.