Hadisə, Kriminal

Bakıda avtomobildən oğurluq edən şəxs kameraya düşdü - VİDEO

19 Aprel 2017 20:48
1 Şərh     Baxış: 972

Paytaxt ərazisində minik avtomobilindən oğurluq edilib.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, oğurluq hadisəsi müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

Görüntülərdən aydın olur ki, yolun kənarında dayanmış minik avtomobilinin sahibi yük yerindən əşya götürür. Başqa bir nəfər isə onu gözləyir.

Həmin vaxt onların yanından qara gödəkçə geymiş 30-35 yaşlarında bir nəfər keçir.

Avtomobilin sahibi oradan uzaqlaşdıqdan sonra həmin şəxs geri qayıdır və maşına yaxınlaşır. Bir anın içində avtomobilin ön qapısını açır və mobil telefona bənzər əşyanı götürərək qaçır.

Hadisə paytaxtın Xətai rayonu, Babək prospektində baş verib və ərazidəki inşaaat malları mağazalardan birinin müşahidə kamerası tərəfindən anbaan lentə alınıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda avtomobildən oğurluq edən şəxs belə kameralara düşdü

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Efqan · 19 Aprel 21:0500

    Jardan bildiki maşinin qapisi açiqdi , geri qayidib eminlikle maşinin qapisini acir ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.