Hadisə, Kriminal

Quba-Xaçmaz yolunda qəza: Xəsarət alan var

22 Mart 2017 18:48
0 Şərh     Baxış: 1 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində "VAZ-21099" markalı, "17-BC-902" dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Əliyev Elmar Çingiz oğlu idarəetməni itirərək yoldan kənara çıxıb.

Nəticədə sürücü ağır xəsarətlər alıb, avtomobil isə yararsız hala düşüb.

Xaçmaz MRX-nın Travmatologiya şöbəsindən verilən məlumata görə, xəstəyə qarının əzilməsi, sol dirsək oynağının qəlpəli yerini dəyişmiş sınığı, son bazunun orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol qasıq oturaq sümüyünün yerini dəyişmiş qapalı sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan paytaxtdakı müalicə müəssisələrindən birinə yola salınacağı bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.