Hadisə, Kriminal

Zəncirvari qəza törədən şəxs öldü

12 Mart 2017 12:49
0 Şərh     Baxış: 2 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobili qaçıraraq zəncirvari qəza törədən 28 yaşlı Şirvan sakini  xəstəxananın reanimasiya  şöbəsində dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, martın 6-da Şirvan sakini, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu qaçırdığı "Hyundai" markalı avtomobili böyük sürətlə idarə edərək şəhərin H.Əliyev prospektində zəncirvari qəza törədib.
 
Nəticədə müxtəlif  bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin və digər ağır bədən xəsarətləri alan yaralı bu gün reanimasiya şöbəsində komadan ayılmayaraq dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.