Hadisə, Kriminal

Qəzaya uğrayan təyyarədə həlak olanlardan daha üçünün cəsədi tanınıb

3 İyun 2016 13:46
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "SilkWay" aviaşirkətinə məxsus "AN 12" yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən daha 3 nəfərin cəsədi tanınıb.

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bununla da qəzada ölən 7 heyət üzvünün hamısının cəsədi tanınıb.
 
Hazırda Özbəkistan vətəndaşı Şaydanov Rəşid Rəhmanoviç, Azərbaycan vətəndaşları Abdullayev Altay Oqtay oğlu və Əsədullayev Nazim Orucəli oğlunun cəsədlərinin ailələrinə təhvil verilməsi istiqamətində iş aparılır.
 
Qeyd edək ki, qəza nəticəsində ölən 7 heyət üzvünün cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Meyitlər tanınmaz halda olduğu üçün genetik ekspertiza təyin olunub. İndiyə kimi heyətin 3 azərbaycanlı və 1 ukraynalı üzvünün cəsədləri tanınaraq nəşləri ailələrinə təhvil verilib.
 
Onu da qeyd edək ki, mayın 18-də "SilkWay" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:
 
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
 
Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıblar.
 
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.