Hadisə, Kriminal

16 yaşlı qızla intim əlaqədə oldu, şərti cəza aldı

24 Noyabr 2015 18:14
25 Şərh     Baxış: 16 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda 16 yaşlı qız təcavüzə məruz qalıb.  Milli.Az-ın məlumatına görə, teleqraf.com xəbər verir ki, Ordubad rayon sakini, 1986-cı il təvəllüdlü Seymur Əliyev (cinayət işi üzrə adı keçən həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin ad və soyadları şərti göstərilib-red.) 7 sentyabr 2014-cü il tarixdə 1999-cu il təvəllüdlü Samirə ilə cinsi əlaqədə olub. Hadisə həmin tarixdə, saat 01.00-da Yasamal rayonu, Şərifzadə küçəsi, 92 "a" nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən və Seymurun günəmuzd işləyib gecələdiyi idman-məşq zalında baş verib. 

16 yaşlı qıza təcavüz

Seymur Əliyev ertəsi gün də Samirə ilə yenidən başqa bir yerdə görüşüb. O, qızı gecələr qaldığı idman zalına gətirib və gecəni səhərə qədər Samirə ilə bir yerdə qalıblar. O, sonuncu dəfə 16 yaşlı qızla sentyabrın 8-də, saat 07.00 radələrində cinsi əlaqədə olub. Bu zaman Seymur 16 yaşlı qıza əxlaqsızlıq hərəkətlər etməyi təklif edib. Bundan əsəbləşən qız idman zalını tərk edib və birbaşa ərazi üzrə polis idarəsinə gedib. 16 yaşlı qız polis idarəsində Seymur tərəfindən zorlandığını bildirib və ondan şikayətçi olub. 16 yaşlı qızın şikayətindən sonra polis Seymur Əliyevi həbs edib.

Seymur həbs olunandan sonra onun başqa bir yetkinlik yaşına çatmayan qızla da cinsi əlaqədə olması üzə çıxıb. Seymur 2012-ci ilin sentyabrın 7-də, gecə saat 23.00-da Lamiyə ilə Şərifzadə küçəsi, 92"a" nömrəli yaşayış binasının yanında "Elnur" Mənzil-Tikinti Kooperativinə məxsus bir mərtəbəli tikilidə kooperativin komendantının iş otağında cinsi əlaqədə olub. 

İki qızla cinsi əlaqədə oldu, şərti cəza aldı 

Seymur Əliyev Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib. 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Seymur Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək 1 il müddətinə şərti cəza alıb. 

Hökmdən narazılıq

Hökmdən narazı qalan zərərçəkmişlərin nümayəndələri apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayətləri araşdırılması üçün cinayət işi üzrə materiallar Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətləri hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hər iki qızla onların razılığı ilə intim əlaqədə olub. Onun sözlərinə görə, Samirə ilə məşq etdiyi idman zalının yaxınlığında tanış olub. Onun ifadəsinə görə, Samirənin razılığı ilə onunla cinsi əlaqədə olub.  

Zərərçəkmiş tərəf şikayətini niyə geri götürüb?

Zərərçəkmiş Lamiyənin nümayəndəsi bildirib ki, birinci məhkəmə instansiyasının hökmü qanunsuz və əsassızdır. Onun sözlərinə görə, məhkəmə hökm çıxararkən sübut və dəlilləri, işin hallarını obyektiv olaraq axıradək araşdırmayıb: "Məhkəmə Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini və iş üzrə keçən digər hüquq normalarını düzgün tövsif və tətbiq etməyib. Bütün bunlar da təqsirləndirilən şəxs barəsində kifayət qədər ədalətsiz və yüngül cəzanın verilməsinə səbəb olub". 

Nümayəndənin sözlərinə görə, məhkəmə təqsirləndirilən şəxs barəsində olan ağırlaşdırıcı halları, ümumiyyətlə, nəzərə almayıb: "Bundan başqa, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, məhkəmə iclasları açıq apararaq şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün tədbirlər görməyıb. Cinayət-Prosessual Məcəlləsinin 199.4-cü maddəsinə əsasən, şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyasında yalnız 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, məhkəmə təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı heç bir əsas olmadan şərti hesab edib". 

Məhkəmə araşdırması zaman zərərçəkmişlər apelyasiya şikayətlərini geri götürüblər. Bu səbəbdən apelyasiya şikayətinin baxılmasına xitam verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.