Hadisə, Kriminal

Arvadından boşanan kişi qaynanasını döydü

18 Noyabr 2015 12:18
2 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçmiş kürəkən qaynanasının evinə basqın edib.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.

Bir müddət öncə arvadından boşanan, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Rəfail Əliyev F.Şahbazov küçəsində yaşayan keçmiş qaynanası, 1975-ci il təvəllüdlü Yasəmən Əhmədovanın evinə basqın edib. R.Əliyev evə daxil olaraq qapını sındırıb, qaynanasını döyüb. Sonra isə ailə üzvlərini söyüb təhqir edərək onları öldürəcəyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Fatimə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.