Hadisə, Kriminal

Sumqayıtda silahlı gənc tutulub

28 Oktyabr 2015 13:51
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ülvi Məmmədovdan "Makarov" markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Sumqayıt ŞPİ-dən Milli.Az-a bildiriblər ki, Ü.Məmmədov saxlanılıb. Məlum olan odur ki, 1989-cu il təvəllüdlü Ülvi Məmmədov əvvəllər məhkum olunmayıb. Silah-sursat da onun 1-ci mikrorayon, ev 19/45 ünvanında yaşadığı 37 saylı mənzildə aşkar edilib. Tapança və patronlar zavod istehsalıdır. Ü.Məmmədovun silah-sursatı necə və haradan əldən etdiyi və hansı məqsədlər üçün saxladığı hələlik məlum deyil.

Faktla bağlı istintaq gedir.

Pünhan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.