Hadisə, Kriminal

Rekord vuran məşqçilər - SİYAHI

26 Mart 2015 23:53
1 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa ölkələrinin millilərində uzun müddət çalışan baş məşqçilərin siyahısı açıqlanıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, UEFA tərəfindən hazırlanan siyahıda millidə ən azı 11 il çalışan mütəxəssislər yer alıb.

19 məşqçinin yer aldığı siyaya Vittorio Pottso başçılıq edir. O, 19 il (1929-1948) İtaliya millisinə başçılıq edib.

İkinci pillədə avstriyalı Hüqo Meysl qərarlaşıb - 18 il (1919-1937). Lüksemburq yığmasına başçılıq etmiş Pol Filipp (1985-2001) və İngiltərəni çalışdırmış Valter Vinterbottom (1946-1962) 16 il iş başında olub.

Siyahıdakı məşqçilərdən biri - Morten Olsen hələ də Danimarka yığamsına başçılıq edir. O, 2000-ci ildən bu postu tutur.

1. Vittorio Pottsuo (İtaliya, 1929-1948) - 19 il

2. Hüqo Meysl (Avstriya, 1919-1937) - 18 il

3. Paul Filipp (Lüksemburq, 1985-2001) - 16 il

4. Valter Vinterbottom (İngiltərə, 1946-1962) - 16 il

5. Bob Qlendinninq (Hollandiya, 1925-1940) - 15 il

6. Qiampaolo Mazza (San Marino, 1998-2013) - 15 il

7. Morten Olsen (Danimarka, 2000-davam edir) - 15 il

8. Zepp Herberger (Qərbi Almaniya, 1950-1964) - 14 il

9. Helmut Şkon (Qərbi Almaniya, 1964-1978) - 14 il

10. Qay Tis (Belçika, 1976-1989) - 13 il

11. Billi Binqam (Şimali İrlandiya, 1980-1994) - 13 il

12. Olavi Laaksonen (Finlandiya, 1962-1974) - 12 il

13. Zepp Piontek (Danimarka, 1979-1990) - 11 il

14. Alf Ramsey (İngiltərə, 1963-1974) - 11 il

15. Qeorq Buşkner (Şərqi Almaniya, 1970-1981) - 11 il

16. Enzo Bearzot (İtaliya, 1975-1986) - 11 il

17. Peter Doherti (Şimali İrlandiya, 1951-1962) - 11 il

18. Joze Maria Matos (İspaniya, 1922-1933) - 11 il

19. David Rodriqo (Andorra, 1999-2009) - 11 il.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.