Hadisə, Kriminal

Bir gecədə iki ev yandı

3 Fevral 2015 11:25
0 Şərh     Baxış: 1 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağstafa və Qazaxda yanğınlar baş verib

Ağstafada fərdi yaşayış evi yanıb. Qazağın Xanlıqlar kəndində isə bir gecədə iki yanğın olub. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisələrdən birində fərdi yaşayış evi, digərində isə ot bağlamaları yanıb.

Ağstafada yaşayış evi yanıb. Hadisə rayonun Vurğun qəsəbəsində, Sara İsmayılovaya məxsus mənzildə qeydə alınıb. Anidən alovlanan 4-otaqlı evi qonşular söndürməyə cəhd etsələr də alovu ram etmək mümkün olmayıb. Hadisə yerinə Ağstafa YMH-nin avtomobil və canlı qüvvəsi çağırılıb. Dərhal işə başlayan yanğınsöndürənlər alovlanan evi tez bir zamanda söndürə biliblər. Yanğın hadisəsi zamanı ümumi sahəsi 178 kv. metr olan evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Şiddətli alovun qarşısını alan yanğınsöndürənlər iki otağı və qonşu evləri yanğından mühafizə edə biliblər.

Qazax rayonunun Xanlıqlar kəndində isə bir neçə saat fərqilə iki yanğın hadisəsi qeydə alınıb. Gecə saatlarında birmərtəbəli 1-otaqlı evin yanması nəticəsində ətrafa yayılan alov kəndliləri xeyli həyəcanlandırıb. Dərhal hadisə yerinə Qazax YMH-nin avtomobil və canlı qüvvəsi cəlb edilib. Şiddətli yanğın çətinliklə də olsa söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da ümumi sahəsi 30 kv.m evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yarasız hala düşüb. Xanlıqlar kəndində daha bir yanğın hadisəsi talvarın altına yığılan ot bağlamalarının alışması nəticəsində baş verib. Yanğın zamanı 3 ton ot bağlamasının 800 kq-ı yanaraq yararsız hala düşüb.                                                                           

Hadisələrin  başvermə səbəbləri araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.