Hadisə, Kriminal

Bakı bazarında yanğın - YENİLƏNİB

21 Noyabr 2014 13:59
0 Şərh     Baxış: 6 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:59

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda bazarda baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda ayrı-ayrı vətəndaşlara məxsus, sahəsi 50 kvadratmetr olan ev əşyaları satışı mağazasının yanar konstruksiyaları, o cümlədən sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində satış üçün nəzərdə tutulmuş mebel, 25 kv.m olan taxta konstruksiyalı tikili yanıb. Ona bitişik mağazanın lambirdən ibarət tavanı 50 kv.m sahədə yüksək temperaturdan əriyib. Yanğın yanğınsöndürənlər tərəfindən saat 11.33-də söndürülüb.
 
---------
12:28

Bakıda bazarda baş verən yanğın söndürülüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bazarda baş verən yanğını söndürüblər. Hazırda yanan ərazidə araşdırma aparılır.

İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

---------
11:33

Bakıda bazarda yanğın başlayıb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Sabunçu qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.