Hadisə, Kriminal

Bakıda qatil dəllal müştərisini necə öldürdüyündən danışdı

6 Avqust 2014 17:35
0 Şərh     Baxış: 2 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qətl törətməkdə ittiham olunan şəxs öz soyuqqanlılığı ilə polisləri heyrətləndirib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları 1967-ci il təvəllüdlü Zamanova Gülnarə Rəşid qızını qətlə yetirməkdə ittiham olunan 1959-cu il təvəllüdlü İbrahimov Eyvaz Əvəz oğlunu saxlayıblar.

Xatırladaq ki, G.Zamanova iyulun 31-də Gəncə prospekti 36 ünvanında yerləşən evində qətlə yetirilmişdi. Qatil mərhuma 30 bıçaq zərbəsi endirmiş və boğazını kəsmişdi.

Milli.Az-ın məlumatına görə, Xətai Rayon Polis İdarəsindən Vesti.az-a bildiriblər ki, Zamanova.G. gecə vaxtı öldürülüb. Mərhumun qızının sözlərinə görə, alış-veriş üçün çölə çıxmışdı. Evə qayıdanda isə anasının qətlə yetirildiyini görüb.

Xətai Rayon Polis İdarəsindən isə bildiriblər ki, Eyvaz İbrahimov şübhəli bilinən on nəfərdən biri idi. Təhqiqatçılar mərhumun telefon danışıqlarını nəzərdən keçirdikdən sonra qatilin məhz o olduğu qərarına gəliblər.

Qətl yerindən götürülmüş barmaq izlərindən heç nə anlamaq mümkün deyildi. İfadə verməyə gələrkən də İbrahimov özünü çox sakit aparırdı. Bu səbəbdən də polislər onun günahsız olduğuna inanırdılar. Ancaq telefon danışıqları bütün şübhələri onun üzərinə gətirib. İbrahimov günahını etiraf etməyə məcbur olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.