Hadisə, Kriminal

Bakıda MTK sədrinin cinayət əməli ortaya çıxıb

13 İyun 2014 14:53
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mənzil-tikinti kooperativinin sədri barəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan Milli.Az-a daxil olan məlumata görə, Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılb.

Araşdırmalar zamanı 59 saylı Mənzil-tikinti kooperativinin sədri Mübariz Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ üzvlərinin iclasını təşkil etmədən saxta iclas protokolu və maliyyə arayışı tərtib edərək onların əsasında 21 min manat müqabilində 192 kv.m qeyri-yaşayış sahəsinin oğlu Emin Hacıyevə verilməsini rəsmiləşdirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.