Hadisə, Kriminal

Deputat oğlunun restoranında aşpaz administratoru bıçaqladı - VİDEO

13 İyun 2014 14:33
0 Şərh     Baxış: 1 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşpazla administratorun qanlı davası "Şəki"də baş verib

Kürdəmirdə kafe işçiləri arasında bıçaqlanma olub.

ANS TV-nin məlumatına görə, qanlı hadisə Kürdəmir rayon mərkəzi bazarın ərazisində yerləşən "Şəki" restoranında baş verib. Mübahisə restoranın aşpazı olan Şamaxı sakini 36 yaşlı Xəlilov Ramin Rasim oğlu ilə obyektin administratoru, Kürdəmir sakini 46 yaşlı Həsənov Füzuli Şamil oğlu arasında olub. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Hər iki şəxs mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər.

Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi Hüseyn Mənsimovun sözlərinə görə, hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.

İşçilər arasında mübahisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

Milli.Az virtualaz.org-a istinadən xatırladır ki, bu olayla bağlı ilk xəbər yayılanda bildirilmişdi ki, həmin olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.

F.Qəribov isə baş vermiş qanlı hadisə ilə bağlı verdiyi açıqlamada hadisədən xəbərsiz olduğunu söyləmişdi. Fərhad Qəribov onu da əlavə etmişdi ki, olayın baş verdiyi restoran ona yox, oğluna məxsusdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.