Bakının mərkəzində yerləşən otellərdən birində kütləvi dava olub.Bakının mərkəzindəki oteldə kütləvi dava
Səbail rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Neftçilər prospekti 133 ünvanında, "Park inn" otelinin 11-ci mərtəbəsində yerləşən "Eleven" klubunda müştərilərlə oranın işçiləri arasında qarşıdurma olub.
Hadisə vaxtı klubdakı müştərilərdən Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Khundadze Levan Alvav oğlu və Bakı sakini, 1989-cu il təvəllüdlü Boqdanov Roman Andreyeviç müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Polisə müraciət edən hər iki şəxs bildirib ki, klubun barmeni və orada işləyən digər 6 nəfərin hücumuna məruz qalıblar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az