Hadisə, Kriminal

Bakıda kinoteatrda yanğın xəbəri yalan çıxdı - YENİLƏNİB

10 İyun 2014 13:38
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:38

Bu gün bəzi mətbuat orqanlarında Nizami Kino Mərkəzində yanğın hadisəsinin baş verməsi barədə xəbərlər yazılıb.

Nizami Kino Mərkəzi bununla əlaqədar açıqlama verib. Mərkəzdən Milli.Az-a verilən məlumata görə, iyunun 9-da paytaxtın Bəşir Səfəroglu küçəsi 219-da yerləşən "Bakıelektrikşəbəkə"yə aid elektrik qutularının birində nasazlıq yaranıb və bu, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb.

Bu hadisənin Nizami Kino Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Mərkəz həmişə olduğu kimi, normal iş şəraitində fəaliyyətini davam etdirir və yeni filmlər repertuarı ilə tamaşaçıların ixtiyarındadır.

----------
10:22

Bu gün səhər saatlarında Bakıda Nizami Kinoteatrında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən anspress-ə verilən məlumata görə, hadisə gecə saatlarında olub.

Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğınsöndürənləri səyi nəticəsində yanğının qarşısı alınıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının nə səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.