Hadisə, Kriminal

Bakıda pul üstündə kütləvi dava düşdü - YENİLƏNİB - VİDEO - FOTO

9 İyun 2014 13:23
14 Şərh     Baxış: 10 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kütləvi dava baş verdi, hadisə yerinə iki patrul, bir təcili yardım maşını cəlb olundu

11:08

Ötən həftəsonu Bakının Yasamal rayonu ərazisində, "İnşaatçılar" metrosunun yaxınlığında kütləvi dava olub. Milli.Az xəbər verir ki, dava şənbə günü 22 radələrində baş verib. Metronun giriş-çıxışında insanlar arasında toqquşma baş verib.

Davada üç nəfər taksi sürücüsü, ana-bala və onların qohumu münasibətlərini aydınlaşdırıblar. Ananın sözlərinə görə, oğlunun bir taksi sürücüsündən 900 manat borcunu geri tələb etməsi oradakılarn xoşuna gəlməyib və bu səbəbdən sözləri çəp gələrək dava yaranıb.

İlk öncə sürücülərin biri ilə əlbəyaxaya çıxan oğul bir neçə zərbə aldıqdan sonra araya ana və onların qohumu girib. Digər iki sürücü isə dostlarının döyüldüyünü görüb davaya qoşulub.

Bir müddət sonra sürücülər öz avtomobillərinə minərək oradan uzaqlaşıblar.

Hadisə yerinə iki patrul və bir təcili tibbi yardım maşınları cəlb olunublar.

Ceyhun Ələkbərov
Milli.Az


---------
13:23



----------
11:08

Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.