Hadisə, Kriminal

Azərbaycanda yük maşını yarğana uçdu

9 İyun 2014 09:50
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran-Lerik yolun 27-ci kilometrliyində yük maşını qəzaya uğrayıb

Bu gün səhər saatlarında Lənkəran-Lerik yolunda ağır qəza baş verib.

Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, hadisə yolun 27-ci kilometrliyində olub.

Belə ki, "Ford" markalı yük maşını aşaraq yarğana düşüb. Hadisə şahidlərinin sözlərinə görə, hadisə yerində qan izləri olsa da, maşında, yaxud onun ətrafında heç kim olmayıb.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilib ki, qəza nəticəsində sürücü yüngül xəsarətlərlə canını qurtarıb. Hadisə isə yüksək sürətlə hərəkət edərkən sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. İlkin ehtimala görə, sürücü yuxulu olub. Lakin hələlik onun kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.