Hadisə, Kriminal

Qubada narkotik plantasiyası - VİDEO

7 İyun 2014 12:54
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az RTV-yə istinadən bildirir ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik plantasiyası aşkarlanıb. Rayonun Barlı kənd sakini 55 yaşlı Fərman Mirişovun həyətində aşkarlanan plantasiyanın sahəsi 2 sotdan artıqdır. Saxlanılaraq Quba Rayon Polis Şöbəsinə gətirililən şəxs narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əkdiyini bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 125 ədəd çətənə kolu maddi sübut kimi götürülərək ekspertizaya verilib. Onlardan 43 ədədi dibçəkdə, 82 ədədi isə torpaqda yetişdirilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb. Fərman Mirişov bir dəfə məhkumluq həyatı yaşayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.