Hadisə, Kriminal

Tutulan cibgir Polis İdarəsində şeir söylədi: "Mənim gözəl avtoş Rasimim..." - VİDEO

7 İyun 2014 11:55
2 Şərh     Baxış: 5 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşların çoxsaylı şikayəti əsasında 1980-ci il təvəllüdlü Rasim Misirovu saxlayıblar

APA TV-nin xəbərinə görə, məhkəmə onun barəsində 2 aylıq həbs-qəti imkan tədbiri seçib.

İstintaqla müəyyən edilib ki, Misirov cibgirliklə məşgul olurmuş. Dediyinə görə, cəmi 5 oğurluq epizodu olub. Lakin sadaladığı zaman bir az çox çıxıb:

"Bir avtobusdan 200 manat, o birisindən 50 manat, birindən 2 dəfə telefon, 2 dəfə planşet aparmışam. Neçə oldu?"

Sumqayıt şəhər sakini Rasim Misirov ofis və mağazalardan da oğurluq edib. Əldə olunan pullar əyləncəyə xərclənib. Yeyib-içməyi və dəniz kənarında gəzməyi xoşlayan Rasim poeziyaya meylli olduğunu gizlətmədi.

İstintaq şöbəsində hələlik 9 oğurluq epizodu ilə bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.