Hadisə, Kriminal

Azərbaycanda ağır qəza: ölən və xəsarət alan var

7 İyun 2014 11:15
0 Şərh     Baxış: 1 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Topalhəsənli kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakinlərinə məxsus iki minik avtomobilinin toqquşması nəticəsində sürücü, 1979-cu il təvəllüdlü Süleymanov Rahib Eyvaz oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Osmanov Elnur Osman oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.