Hadisə, Kriminal

Azərbaycanda maşın aşıb aşıb, yaralı var

7 İyun 2014 09:00
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə 1:30 radələrində Daşkəsən - Gəncə yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə şəhər  Bayan küçəsi 90 ünvanında qeydiyyatda olan 27 yaşlı Müşviq Quliyev Gəncə istiqamətində hərəkətdə olarkən idarə etdiyi "VAZ-21015" markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini aşırıb. Ağır bədən xəsarətləri alan sürücü dərhal qohumlarının köməkliyi ilə Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. Qəzanın hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.