Hadisə, Kriminal

Azərbaycanda taksi sürücüsünü görün nə hala saldılar - FOTO

6 İyun 2014 17:42
2 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda yanacaq üçün pul istəyən sürücü xəstəxanalıq olub

Cəlilabad rayonunda sərnişin taksi sürücüsünü bıçaqlayıb.

Anspress-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Cəlilabad rayon sakini 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini lazımi ünvana aparıb.

Daha sonra həmin şəxs deyilən ünvana çatmamış sürücünü geri qayıdaraq avtomobili digər ünvan istiqamətində sürməyi tələb edib. Bu zaman isə avtomobilin yanacağı qurtarıb. Sürücü Emin Cəfərov sənişindən yanacaq almaq üçün pul tələb etdikdə onlar arasında mübahisə yaranıb.

Bu zaman "Qara" ləqəbli sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla ona bir neçə zərbə endirib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.