Hadisə, Kriminal

Bakıda məşhur oteldə biabırçılıq

6 İyun 2014 16:03
3 Şərh     Baxış: 6 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonu ərazisində yerləşən "Empire" oteldə əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarəyə "Empire" otelində əxlaqsızlıq yuvasının saxlanılması ilə bağlı məlumat daxil olub.

Daxil olan məlumat əsasında əməliyyat keçirilib və məlumat təsdiqini tapıb.

İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü Zərbəliyev Nihad Əhməd oğlu həbs edilib.

O, gəlir əldə etmək məqsədilə digər şəxslərlə əlbir olaraq cinayət əlaqəsinə girib. Nihad Zərbəliyev və digər şəxslərin Səbail rayonu, Xəqani küçəsi 89 ünvanında yerləşən "Empire" otelində əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.