Hadisə, Kriminal

Azərbaycanda hərbçilər qəzaya düşdülər - VİDEO

6 İyun 2014 11:45
0 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda hərbçilər yol qəzasına düşüblər.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Xəzər Mobil oğlu Həsənov idarə etdiyi "BMW" markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə sürücü və maşında olan digər hərbçi Əsgər Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qəza nəticəsində xəsarət alan, müddətdən artıq xidmət edən hərbi qulluqçu Əsgər Əliyevin xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəzanı törədən sürücü isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.