Hadisə, Kriminal

Bakıda bir binanın sakinləri üçün bomba şoku

5 İyun 2014 13:09
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda yaşayış binasının sakinləri həyəcan yaşayıblar. Binalarında bomba qoyulmasını eşidən insanlar təlaş içərisində həyətə düşüblər.

Dünən saat 20 radələrində naməlum şəxs Xətai Rayon Polis İdarəsində (RPİ) zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib. Dərhal həmin ünvana baxış keçirilib, məlumat təsdiqini tapmayıb.

Xətai RPİ-dən Milli.Az-a bildirildi ki, yalan məlumatı vermiş şəxs tutulub. O, Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılovdur. Onun zəngi sərxoş halda etdiyi məlum olub.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.