Hadisə, Kriminal

Bakı yaxınlığında iki "Shacman" toqquşub, yaralı var - VİDEO - FOTO

5 İyun 2014 09:18
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Səbail rayonunda yük maşınları toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Salyan şossesinin 4-cü kilometrliyində, 20-ci Sahədə qeydə alınıb.
 
Sürücü Məhəmməd Əsgərov "Shacman" markalı yük avtomobili ilə Bayıl qəsəbəsindən Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını işıqforda dayanan digər "Shacman"a çırpıb. Qəza nəticəsində Məhəmməd Əsgərov ağır yaralanıb. Digər yük maşınının sürücüsü isə xəsarət almayıb.
 
Hadisə yerinə gələn təcili yardım briqadası yaralı sürücünü xəstəxanaya aparıb. Digər yük maşınının sürücüsü isə hadisə yerindən uzaqlaşıb. Yol polisi hadisə yerini tərk edən sürücünün axtarışına başlayıb.
 
İlkin ehtimala görə, qəzanın baş verməsinə Məhəmməd Əsgərovun idarə etdiyi yük maşınının əyləc sistemində yaranan nasazlıq səbəb olub.
 
Qəzadan sonra yolda tıxac yaranıb. Yol-patrul xidməti əməkdaşdlarının səyi nəticəsində tıxac aradan qaldırılıb və yolda nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.