Hadisə, Kriminal

İki uşaq atasının meyiti 16 gün sonra tapıldı - FOTO

25 Aprel 2014 10:27
0 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Göyçay rayonunda itkin düşən kişinin meyiti 16 gündən sonra Yuxarı Şirvan kanalından tapılıb.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Göyçay sakini, 1969-cu il təvəllüdlü Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verilsə də, onun harada olması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları cəlb olunublar. Kanalda beş gün davam edən axtarışlar nəticəsiz olub. İki övlad atası olan Sərdar Abdullayevin atası Xanlar Abdullayev oğlunun tez-tez intihar edəcəyini bildirməsi barədə məlumat verib. O, bunun səbəbini oğlunun bir çox adama pul borcunun olması ilə əlaqələndirib.
 
Aprelin 24-də axşam saatlarında Sərdar Abdullayevin meyiti təsadüf nəticəsində Yuxarı Şirvan kanalından tapılıb. Məlumata görə, su idarəsinin işçiləri onun meyitini 16 gün əvvəl suya düşdüyü yerdən təxminən 10 kilometr aralıdan, kanalın Bığır kəndi ərazisindən keçən hissəsindən taparaq ailəsinə təhvil veriblər.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.