Hadisə, Kriminal

Azərbaycanda toyda qan düşdü

25 Aprel 2014 09:22
0 Şərh     Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə saat 22.30 radələrində rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı qeydə alınıb. Kənd sakini, 34 yaşlı Ramin Əzizov şəxsi münaqişə zəminində qohumu və dostu olan 19 yaşlı İlkin Teymurova  bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.

İlkinin qan içində olduğunu görən toy iştirakçıları  onu dərhal Lənkəran  Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Yaralı təcili əməlliyyat otağına götürülüb və onun üzərində 3 saata yaxın əməliyyat aparılıb. İlkin Teymurovu həyata qaytaran həkimlər bıçaq zərbəsindən onun mədəsinin zədələndiyini bildiriblər.
 
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ)  əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Ramin Əzizovun saxlanılıb, istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.