Hadisə, Kriminal

Xaçmazda zəncirvari qəza: 2 yaralı - FOTO

25 Aprel 2014 09:07
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xaçmaz şəhəri ərazisində baş verən zəncirvari yol qəzasında 2 nəfər xəsarət alıb.

Milli.Az RTV-yə istinadən bildirir ki, hadisə Xaçmaz şəhəri Atatürk və 20 Yanvar küçələrinin kəsişməsində qeydə alınıb. 26 yaşlı, Xaçmaz şəhər sakini Nail Məmmədovun idarə etdiyi 90 EU 048 qeydiyyat nişanlı "Niva" markalı avtomobil öncə 21 yaşlı, Xaçmaz şəhər sakini Elvin Cəfərovun idarə etdiyi 27 BX 530 qeydiyyat nişanlı "VAZ 21 07" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Bu zaman idarəetməni itirən "Niva"nın sürücüsü Nail Məmmədov avtomobilini yol kənarında dayanan, 27 yaşlı, Xaçmaz şəhər sakini Fuad Cəfərova məxsus 90 GT 621 dövlət qeydiyyat nişanlı "VAZ 21 015" markalı nəqliyyat vasitəsinə vurub. Lakin toqquşma bununla da bitməyib. Daha sonra "Niva" markalı avtomobil daş hasara çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza zamanı xəsarət alan şəxslər "Niva"nın sürücüsü Nail Məmmədov və "VAZ 21 07"nin sürücüsü Elvin Cəfərov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. Qəzanın dəqiq başvermə səbəbləri Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.