Hadisə, Kriminal

Gəncədə avtomobil divara çırpılıb, yaralılar var - FOTO

25 Aprel 2014 09:14
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə saat 24 radələrində Gəncə Beynəlxalq hava limanının yaxınlığında yol qəza hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, şəhər sakini, 27 yaşlı Elvin Əhmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə hava limanı istiqamətinə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı divara çırpıb. Nəticədə avtomobil tam yarasız hala düşüb. Sürücü Elvin Əhmədov və onun sərnişini, 30 yaşlı Əfqan Alıyev isə xəsarətlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Səhhətlərində ciddi problemləri olmayan yaralılar ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Faktla bağlı Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.