Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti dünən axşam bəzi kütləvi informasiya vasitələrində Bakının Xətai rayonu ərazisində yerləşən "Fəridə" şadlıq evinin qarşısında iki qrup arasında kütləvi dava düşməsi, bu zaman xəsarət alanların olması və hadisə yerinə təcili yardım maşınlarının gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, sözügedən şadlıq sarayının qarşısında kütləvi dava düşməsi və xəsarət alanların olması barədə yayılan məlumatlar dezinformasiyadır və əsassızdır: "Belə ki, ötən gün axşam saatlarında Xətai rayon ərazisində "Touareg" markalı "90 FR 585" dövlət nömrə nişanlı avtomaşını idarə edən şəxs avtoxuliqanlıq edərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib və bu zaman Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həmin nəqliyyat vasitəsini saxlamaq barədə qanuni tələblərinə qəsdən tabe olmayıb".
O.Mansurzadə qeyd edib ki, sonda həmin nəqliyyat vasitəsi "Fəridə" şadlıq evinin qarşısında saxlanılıb. Sonradan məlum olub ki, həmin şəxs şadlıq evində keçirilən toyda iştirak edənlərdən biridir, nəqliyyat vasitəsinin əsl sahibi isə onun tanışı olan Tərlan Əhmədov adlı başqa bir şəxsdir: "Hadisəni törədən şəxs Tərlan Əhmədovun toydan çıxmasını gözləyib və o, avtomobilə yaxınlaşanda maşından düşüb. Məlum olub ki, başqasının maşınını götürüb yol-hərəkət qaydalarını kobud şəkildə pozan, polisə tabeçilik göstərməyən bu şəxs Masazır qəsəbəsində yaşayan Cahid Məmmədovdur".
Nazirliyin sözçüsü qeyd edib ki, C.Məmmədov şəxsiyyətini təsdiqləyən və yaxud həmin nəqliyyat vasitəsini idarə etməyə icazə verən sənədləri təqdim etmədiyinə görə anlaşılmazlıq yaranıb: "Bu zaman toydan çıxan bir neçə şəxs də hadisəni seyr edərkən qələbəlik yaşanıb. Mətbuatda yayılmış həvəskar kadrlarda da görünən həmin məqamlardır. Burada iki qrup arasında heç bir insident yaşanmayıb və təbii ki, kiminsə xəsarət alması barədə də söhbət gedə bilməz. Həvəskar çəkilişlərdə də görünən təcili tibbi yardım maşını kadrlara təsadüfən düşüb. Təcili tibbi yardım maşını axşam, sadəcə, həmin istiqamətdə hərəkət edirmiş, yəni hadisə yerinə çağırılmayıb".
Şöbə rəisinin sözlərinə görə, hadisənin səbəkarı olan C.Məmmədov PPX əməkdaşlarının köməyi ilə aidiyyəti üzrə polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, baxılması üçün rayon məhkəməsinə göndərilib.
Milli.Az
Hadisə, Kriminal
Bakıdakı kütləvi dava ilə bağlı daha bir AÇIQLAMA
24 Aprel 2014 17:33
0 Şərh
Baxış: 2 924
XƏBƏR LENTİ
- Makronun Silva ilə FOTOları ölkəni silkələdi
- Azərbaycanda aparıcının evini yandırıblar? - RƏSMİ CAVAB - VİDEO
- Rusiyalı polkovnik də “Krokus”da öldürülüb
- “Betis”dən Bəhlul Mustafazadənin transferinə MÜNASİBƏT
- Azərbaycan cəmiyyəti sərhəd kəndlərin azad ediləcəyinə inanır - SORĞU
- Sabir Rüstəmxanlı: "Gənc qızlar ana olmaq istəmirlər"
- Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı
- Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
- Türkiyəli aktyor vida mərasimində maşınla adam vurdu - FOTO
- Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək
- AVRO-2024: Fransa favorit, Gürcüstan autsayder
- Bu halda ipotekaya xitam veriləcək
- Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı
- Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO
- Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO
- Daha bir qanunsuz tikili söküldü - VİDEO
- Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
- Bu şəxslərin maaşı artırılır
- Məşhur futbolçu uşaqlarının atasının başqası olduğu öyrəndi - FOTOlar
- “Heç kim havadan pul vermir”
- Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparıldı - VİDEO
- Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
- Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA