Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 10 il əvvəl baş vermiş ağır cinayətin açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilmişdir.
Daxili İşlər Nazirliyi və Respublika Baş prokurorluğunun mətbuat xidmətlərindən Trend-ə verilən birgə məlumata görə, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirmiş və ona məxsus "Makarov" tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçmışdı.
Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 232.2.3-cü maddələri ilə cinayət işi başlanmışdı.
Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılmışdır.
Rafiq Nurmetov istintaqa ifadəsində bildirmişdir ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşmış və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə zərbə vurmuş, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçmışdır. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satmışdır.
İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılmışdır. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf etmişdir.
Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə "Makarov" tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülmüşdür.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
Hadisə, Kriminal
Azərbaycanda 10 il əvvəl polisi qətlə yetirmiş şəxs tutuldu
24 Aprel 2014 13:46
0 Şərh
Baxış: 863
XƏBƏR LENTİ
- Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Sərxandan Kamran Həsənliyə: “Pulla efirə çıxmaq irsi olaraq sizdən keçib”
- Qumenyuk vəzifəsindən azad edildi
- Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır
- Bakıda tıxacda sürücülər arasında əlbəyaxa dava düşdü - VİDEO
- Bakıda Dünya kuboku start götürür
- “Bir dəfə anama müdiri dedi ki... - Anam ağladı” - VİDEO
- Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
- İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
- Yenicə toyu olan Xəyalə Manaflının arxiv görüntüləri yayıldı - VİDEO
- Məhkəmə Dilan Polatla bağlı qərar verdi - FOTO
- “iPhone” istifadəçilərinə pis xəbər - kiberhücum oldu
- Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
- Türkiyədə daha bir zəlzələ oldu
- Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Kömək elə səsini eşitdik...”
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Bakıda gəncdən anormal davranış: İşıqfor dirəyinə... - VİDEO
- Rusiya Dnepri vurdu - ölən və yaralananlar var - FOTO
- "Nəslimdə "TikTok" işlədən yoxdur" - VİDEO
- Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?
- “İrana raket hücumu olmayıb”
- "Bura yaxşı yer deyil, axı sən Əlikramın burada nə işi var?" - VİDEO
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - FOTO