Hadisə, Kriminal

Bakıda ata qızının qəzəbini kürəkənindən çıxdı - YENİLƏNİB

24 Aprel 2014 11:05
2 Şərh     Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:05

Bakıda qaynatanın cavan kürəkənini amansızla öldürməsinin təfərrüatları məlum olub. Cəmi bir il əvvəl evlənən Rəvan Əliyev hadisə baş verən kafedə ofisiant işləyirmiş. Dünən qaynatası Elçin Lazımov həmin kafeyə gələrək kürəkənini amasızlıqla öldürüb. O ilk olaraq bıçaqla Rəvanın boğazını kəsib. Sonra isə bədəninin müxtəlif yerlərinə zərbələr vurub.

Nizami Rayon Polis İdarəsindən Milli.Az öyrənib ki, Rəvanla həyat yoldaşı arasında qısqanclıq üstündə münaqişələri yaranıbmış. Həyat yoldaşı ərinin mobil telefonuna hansısa qadının zəng etməsini bilib və bunun üstündə də davaları düşüb.

Qaynatanın da kürəkənini məhz qızının qısqanclığından yaranmış qəzəbdən öldürdüyü ehtimal olunur.

----------
10:44

Bakıda qətl törədilib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Qara Qarayev prospektində yerləşən kafelərdən birində qeydə alınıb.

Bakı şəhər sakini Elçin Nurəddin oğlu Lazımov münaqişə zəminində kürəkəni Rəvan Arif oğlu Əliyevə 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
 
Hadisəni törədən E. Lazımov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.