Hadisə, Kriminal

Bakıda "oğru" sözü üstündə boğaz kəsildi - YENİLƏNİB

24 Aprel 2014 11:34
0 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:34

Bakıda gənc oğlan onu oğru adlandıran tanışının boğazını kəsib. Qanlı hadisə dünən saat 16 radələrində Xətai rayonu ərazisindəki "Faxralı" kafesində törədilib.

Xətai Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 29 yaşlı Şamil Gülmətov yeni tikilmiş binanın birinci mərtəbəsində yerləşən kafedə onu "oğru" adlandıran İmam adlı şəxsi bıçaqlayıb. O, bıçaqla İmamın boğazını kəsib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

----------
10:18

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-də Bakının Məhəmməd Hadi küçəsində yerləşən kafelərdən birində Bakı şəhər sakinləri Şamil Gülmətovla İmamverdi Kərimov arasında münaqişə baş verib. Münaqişə nəticəsində Şamil Gülmətov İmamverdi Kərimova bıçaq xəsarətləri yetirib.

Ş.Gülmətov Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.