Hadisə, Kriminal

Bakıda kütləvi dava - FOTO

23 Aprel 2014 23:36
Baxış: 3 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda kütləvi dava olub.

Milli.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə saat 22.00 radələrində Əhmədli qəsəbəsində "Fəridə" şadlıq evinin qarşısında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar davam etdirilir.

Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də məhdudlaşıb.

Xətai Rayon Polis İdarəsindən adıçəkilən ünvanda insidentin olduğunu təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.